
“Barselona” Uilyamsı bir şərtlə transfer edə bilər
“Barselona”nın “Atletik”in vingeri Niko Uilyamsı mümkün transfer etməsi ilə bağlı yeni detallar məlum olub.
Daha öncə yayılan xəbərlərə görə, Kataloniya klubu artıq 22 yaşlı futbolçu ilə şəxsi razılıq əldə edib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Barselona” bu transferi yalnız yüksək maaşlı bir futbolçusunu komandadan göndərdikdən sonra reallaşdıra bilər.
Kataloniyalıların maliyyə çətinlikləri səbəbilə əsas namizəd qapıçı Mark-Andre ter Ştegen hesab olunur. Bu mümkün olmasa, alternativ olaraq müdafiəçi Ronald Arauxo da siyahıda yer alır.
Uilyams son mövsümdə bütün turnirlərdə 45 oyuna çıxıb, 11 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin