“Mançester Yunayted”in mənə ehtiyacı olsa, burdayam” – İbrahimoviç

Hazırda “Los Anceles Qalaksi”nin şərəfini qoruyan Zlatan İbrahimoviç açıqlama verib.

Komanda.az İngitlərə mətbuatına istinadən xəbər verir ki, əvvəllər “Mançester Yunayted”in şərəfini qorumuş isveçli hücumçu, keçmiş klubu ilə bağlı bunları deyib:

“Yenidən İngiltərə Premyer Liqasında asanlıqla oynaya bilərdim. “Mançester Yunayted”in mənə ehtiyacı olsa, burdayam. Amma üzr istəyirəm, “Los Anceles Qalaksi” artıq mənə sahibdir.

Avropada öz işimi gördüm. Mən bundan həzz aldım. Burda özümlə gətirdiyim 33 kubokum var. Ümid edirəm ki, burda da nələrsə əldə edə bilərəm. Daha sonra isə macəranın bitdiyini görəcəyik.

“Mançester Yunayted”in “Kristal Pelas”la son matçını (1:2) izlədim. Düşünürəm ki, onlar uğursuz çıxış etdilər. Onlar penalti zərbəsini yerinə yetirə bilsəydilər, fərqli bir matç olardı. Amma İngiltərədə bir matç final fiti səslənməyincə, bitməz. Hər bir matçın son dəqiqələrində hər şey baş verə bilər”.

Hücumçu, “qırmızı şeytanlar”dakı gələcəyi müzakirə olunan Pol Poqbayla bağlı suala “Onunla danışıram, ona məsləhətlər verirəm, amma bunda başqaları ilə paylaşa biləcəyim nəsə yoxdur” cavabını verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button