
Deku “Barselona”nın hədəfini açıqladı
“Barselona” yaxın gələcəkdə UEFA Çempionlar Liqasını qazanmağı əsas hədəf kimi qarşısına qoyub.
Komanda.az xəbər verir ki, bu barədə Kataloniya klubunun idman direktoru Deku “Mundo Deportivo” nəşrinə açıqlamasında bildirib:
“Barselona”nın əsas məqsədi Çempionlar Liqasında qalib gəlməkdir. Qələbə qazandıqdan sonra daha da çətinləşir. Amma klubumuz heç vaxt titullar uğrunda mübarizəni dayandırmayacaq. Mövcud heyət və məşqçi qərargahı ilə bütün titullara iddialı ola bilərik. Qələbəyə zəmanət verə bilmərəm, amma favoritlər sırasında olacağımız dəqiqdir”.
“Barselona” 2024/25 mövsümündə həm La Liqanın, həm də İspaniya kubokunun qalibi olub. Kataloniya klubu Çempionlar Liqasında isə “İnter”ə məğlub olaraq, mübarizəni yarımfinal mərhələsində dayandırıb.
Bizi Facebook-da izləyin


