Azərbaycan birinciliyinin qalibləri müəyyənləşdi

Badminton üzrə U-17 Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib.

Komanda.az xəbər verir ki, 3 gün ərzində keçirilən yarışda ümumilikdə 125 yeniyetmə badmintonçu iştirak edib.

Oğlanların şəxsi yarışında Fərəc Kərimli, qızların mübarizəsində isə Aysel Kazımova qızıl medal qazanıblar.

Oğlanlar arasında qoşa yarışda Malik Cəfərov – Nihat Əliyev, qızlarda isə Aysel Kazımova – Qəndab Niftalızadə cütlükləri fəxri kürsüyə yüksəliblər.

Qarışıq-qoşa yarışlarda Fərəc Kərimli – Aysel Kazımova cütlüyü qızıl medala sahib çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button