Azərbaycan velosipedçisi Qazaxıstanda “bürünc” qazanıb

Trek velosipedi üzrə Azərbaycan millisinin üzvü Viktoriya Sidorenko Qazaxıstanın paytaxtı Astanada keçirilmiş beynəlxalq “Silk Way Series Astana” beynəlxalq turnirində uğurla çıxış edib.

Bu barədə Komanda.az-a Azərbaycan Velosiped Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

O, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2-ci kateqoriyalı yarışında 200 metr məsafəyə sprint üzrə mübarizədə bürünc medal qazanıb.

Bu nəticə ilə Viktoriya Sidorenko hesabına 80 reytinq xalı da əlavə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button