İlk dəfə: Azərbaycan millisi B divizionunda mübarizə aparacaq

16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi ilk dəfə Avropa çempionatının B divizionunda mübarizə aparacaq.

Bu barədə Komanda.az-a Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

B divizionunun matçları avqustun 20-29-u aralığında Türkiyənin İstanbul şəhərində keçiriləcək. 

Azərbaycan yığması B qrupunda İsveç, Niderland, Slovakiya və Lüksemburq millilərinə qarşı mübarizə aparacaq.

Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi komanda qrupda ilk oyununu avqustun 20-də İsveçə qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button