
Final seriyasında beşinci oyun keçirildi
Azərbaycan Basketbol Liqasının final seriyasında beşinci oyun baş tutub.
Komanda.az xəbər verir ki, “Sabah” “Neftçi”ni 107:89 hesabı ilə üstələyib.
Komanda bu nəticə ilə seriyada önə keçib – 3:2.
Altıncı matç mayın 14-də təşkil olunacaq. Final seriyasında 4 qələbə əldə edən klub Azərbaycan Basketbol Liqasının qalibi olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



