Ter Ştegen ona haqsızlıq edildiyini düşünür

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen Almaniya millisinin məşqçilər heyətinin vaxtı ilə Manuel Noyerlə davam etmək qərarı ilə bağlı narahatlığından danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı qolkiper parlaq oynadığını və millidə çıxış etməyə layiq olduğunu bildirib:

“Milli komandanın baş məşqçisi Yoahim Lövün DÇ-2018-də əsas qapıçı kimi Manuel Noyeri seçmək qərarını qəbul etmək mənim üçün çox çətin idi. Mən parlaq oynadım və millidə oynamağa layiq idim. Məncə, bu, ədalətsizlik idi”.

“Barselona”nın kapitanı 2012-ci ildə Almaniya millisində debüt etsə də, o vaxtdan yığmada cəmi 42 oyun keçirib. Hər şey milli komandadan getmək istəməyən və əsas qapıçı sayılan Manuel Noyerə bağlıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button