
Flik “Liverpul”un hücumçusunun transferini istəmir
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik yay transfer pəncərəsində “Liverpul”un hücumçusu Luis Diası transfer etməyə dəyəcəyinə əmin deyil.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı baş məşqçinin “Atletik”in cinah oyunçusu Niko Uilyamsın və ya “Atalanta”nın hücumçusu Ademola Lukmanın transferinə üstünlük verdiyi iddia edilir.
Kataloniya klubu 28 matçdan sonra 63 xalla İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir. Komanda bu gün “Jirona” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



