
“Qalatasaray” Avroliqa ilə vidalaşdı, “Fənərbaxça” 1/8 finalda
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.
Komanda.az xəbər verir ki, “Qalatasaray” öz meydanında “AZ-Alkmaar”la qarşılaşıb. “Aslanlar” ilk matçda 1:4 hesabı ilə uduzmaqla mərhələ adlamaq şansını xeyli azaltmışdı. Bugünkü oyun isə 2:2 hesabı ilə bitib. Nəticədə, “Qalatasaray” turnirdə mübarizəni dayandırıb.
“Fənərbaxça” isə Belçikada “Anderlext”in qonağı olub. Joze Mourinyonun komandası ilk görüşdə 3:0 hesablı qələbə qazanmışdı. Cavab oyunu 2:2 hesabı ilə bitib. Bununla da, “Fənərbaxça” adını 1/8 finala yazdırıb.
Cavab oyunlarından sonra “Roma”, “Bodo Qlimt”, “Styaua”, “Alkmaar”, “Viktoriya”, “Real Sosyedad”, “Ayaks” və “Fənərbaxça”nın pley-offdan 1/8 finala adladığı dəqiqləşib.
Avropa Liqası
Pley-offun cavab oyunları
20 fevral
“Bodo Qlimt” (Norveç) – “Tvente” (Niderland) 5:2
Qollar: Hoq, 56-pen. Hilgers, 90+2-öz qapısına. Vembanqomo, 90+4. Fet, 111. Versxueren, 114 – Syovold, 26-öz qapısına. Steyn, 90+6.
İlk oyun – 1:2
“Qalatasaray” (Türkiyə) – “AZ Alkmaar” (Niderland) 2:2
Qollar: Osimhen, 56. Sallai, 70 – Maykuma, 42. Kasius, 55.
İlk oyun – 1:4
“Styaua” (Rumıniya) – PAOK (Yunanıstan) 2:0
Qollar: Kisotti, 30. Mikulesku, 81.
İlk oyun – 2:1
“Roma” (İtaliya) – “Portu” (Portuqaliya) 3:2
Qollar: Dibala, 35; 39. Pisilli, 83 – Samu, 27. Renç, 90+6-öz qapısına.
İlk oyun – 1:1
“Ayaks” (Niderland) – “Yunion” (Belçika) 1:2
Qollar: K.Teylor, 93-pen – Makallister, 16. David, 28-pen.
İlk oyun – 2:0
“Viktoriya” (Çexiya) – “Ferentsvaroş” (Macarıstan) 3:0
Qollar: Durosinmi, 27; 38. Şults, 35.
İlk oyun – 0:1
“Real Sosyedad” (İspaniya) – “Midtyulland” (Danimarka) 5:2
Qollar: B.Mendes, 5. Suçiç, 18; 45+2. Oyarsabal, 73-pen. Oskarsson, 90 – Buksa, 24-pen. Osorio, 38.
İlk oyun – 2:1
“Anderlext” (Belçika) – “Fənərbaxça” (Türkiyə) 2:2
Qollar: L.Vaskes, 19; 55 – En Nesiri, 4. Y.Akçiçek, 63.
İlk oyun – 0:3
Bizi Facebook-da izləyin