Dan Mori: “Artıq “Neftçi”yə bələdik”
“Artıq “Neftçi”yə bələdik. Xüsusən bir müdafiəçi kimi komandanın hücum xəttindən xəbərdaram”.
Komanda.az xəbər verir ki, bu fikirləri İsrailin “Bney Yehuda” klubunun futbolçusu Dan Mori “Neftçi”yə qarşı keçirəcəkləri Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçından öncə mətbuat konfransında deyib.
31 yaşlı israilli müdafiəçi bildirib ki, sabah “Neftçi”ni dayandırmaq üçün əlllərindən gələni edəcəklər: “Psixoloji hazırlıq hər zaman önəmlidi. İlk matçdan üstün ayrıldığımızı düşünsək, bu, bizə çətinlik yarada bilər. Artıq cavab oyunu barədə düşünürük. Bilirik ki, matça hazır olacağıq”.
Qeyd edək ki, avqustun 15-də Petak Tikvadakı “Ha Moshava” stadionunda keçiriləcək “Bney Yehuda” – “Neftçi” matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Bakıdakı ilk görüş heç-heçə ilə nəticələnib – 2:2.
Bizi Facebook-da izləyin