Zola: “Çelsi”nin böyük potensialı var”
“Çelsi”nin sabiq hücumçusu Canfranko Zola keçmiş komandasının heyəti ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “Blue Footy”-ə istinadən xəbər verir ki, italiyalı keçmiş futbolçu “Çelsi”nin böyük potensialı olduğunu bildirib:
“Bu komandanın böyük potensialı var, onların heyətində çoxlu perspektivli gənclər var. Bu oyunçular güclü rəqiblərə qarşı oynamaq üçün daha yüksək səviyyəyə çatmalıdırlar. Buna nail olmaq asan deyil”.
“Çelsi” İngiltərə Premyer Liqasının 24 turundan sonra turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Enzo Mareskanın komandası yerli çempionatın növbəti oyununda “Brayton”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin