Flik: “Məni ən çox təsirləndirən Qavi ilə söhbət oldu”
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik bildirib ki, komandanın yarımmüdafiəçisi Qavi ondan La Liqanın 21-ci turunun “Valensiya” ilə matçının sonunda Pablo Torreni öz əvəzinə meydana buraxmasını istəyib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı bunun inanılmaz olduğunu deyib:
“Məni ən çox təsirləndirən Qavi ilə söhbət oldu. Son 15 dəqiqədə onu meydana buraxmaq istədim və o, Torreni buraxmağımı söylədi. Bu, inanılmazdır, sadəcə əladır. Fantastik! Bir məşqçi üçün bu inanılmazdır. Mən Qavini sevirəm. Bu münasibət mənim xoşuma gəlir. O, hər oyunda oynamaq və bu vəziyyətdə yüksək səviyyəli olduğunu söyləmək istəyir”.
“Barselona” – “Valensiya” matçı yanvarın 27-də baş tutub. Flikin komandası “Valensiya”nı 7:1 hesabı ilə darmadağın edib. “Barselona” keçirdiyi 21 oyundan sonra 42 xalla La Liqanın turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Bizi Facebook-da izləyin