Reşford İspaniya klubuna keçidi çıxış yolu kimi görür
“Mançester Yunayted”in hücumçusu Markus Reşford özünü “Barselona”da sınamaq istəyir.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Reşford Kataloniya klubuna potensial keçidi İngiltərədəki uğursuz mövsümlərdən sonra karyerasını canlandırmaq üçün əla fürsət hesab edir.
“Barselona” ingiltərəli futbolçunu icarəyə götürməkdə maraqlı olsa da, onun maaşını ödəyə bilmir. O, müqavilənin baş tutması üçün maaşının bir hissəsindən imtina etməyə hazırdır.
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim 27 yaşlı forvardı komandasında görmür. O, bu yaxınlarda portuqaliyalı futbolçunun “qırmızı şeytanlar”da oynamaq istəməməsinə açıq eyham vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin