Yossi Abukasis: “Bakıya qələbə üçün gəlmişik”
İsrailin “Bney Yehuda” klubunun baş məşqçisi Yossi Abukassis Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri ilk oyun öncəsi təşkil olunan mətbuat konfransına qatılıb.
Komanda.az xəbər verir ki, 49 yaşlı mütəxəssis öncə bunları söyləyib:
- “Neftçi” çox güclü komandadı. Bu komanda “Arsenal”ı 3:0 hesabı ilə məğlub etməklə bunu göstərdi. Ancaq bizim bura gəlməkdə məqsədimiz qələbə qazanmaqdı.
- “Neftçi”ni burda məğlub etməyi nə dərəcədə real sayırsız?
- “Neftçi” güclüdür. Hər bir komandanın məqsədi qalib gəlməkdir. Biz də bura qələbə üçün gəlmişik.
- “Neftçi”nin güclü olması sizi qorxudurmu?
- “Neftçi”nin güclü oyunçuları var. Bu, bizi narahat edir.
- “Bney Yehuda”nın keçmiş futbolçusu, hazırda “Sumqayıt”da çıxış edən Əmir Ağayev “Neftçi” qarşısında şanslarınızın olmadığını deyib…
- “Neftçi” güclü komandadır. Bu, bir oyundur. Nəticə göstərmək üçün çalışacağıq. Əmirin fikirləri ilə razı deyilik. Onun fikirləri bizim üçün vacib deyil.
- Nədən istifadə edib, “Neftçi”yə qalib gələ bilərsiz?
- “Neftçi”nin güclü və zəif tərəflərini bilirik. Çalışacağıq bundan istifadə edək.
- Roberto Bordin qeyd etdi ki, “Bney Yehuda” güclü müdafiə olunur. Sabahkı oyunda hansı taktikaya üstünlük verəcəksiz?
- Bu haqda danışmaq istəmirəm. Sabah bilinəcək necə oynayacağıq.
- 3 futbolçunu gətirməmisiz. Bunu sizin üçün ciddi itki hesab etmək olarmı?
- Bizim üçün itkidir. Sabah çalışacağıq ki, yaxşı oyun göstərək.
- Çox inamlı danışırsız. “Neftçi”ni keçə bilməsəz, sizin üçün böyük uğursuzluq olacaqmı?
- Məğlubiyyət haqda fikirləşmirik. Oyun iki hissədən ibarətdir. Əminəm ki, qalib ikinci oyundan sonra bilinəcək. Biz ümumiyyətlə mənfiyə doğru fikirləşmirik?
- Sabahkı hansı nəticə sizə sərf edir?
- Onu nəzərə almaq lazımdır ki, “Neftçi” öz meydanında yaxşı çıxış edir. Bütün komandalar qələbə üçün oynayır. Hansı nəticənin bizi qane edəcəyini deyə bilmərəm. Əsas qol vurmaq istəyirik.
- “Neftçi” 4 oyundur ki, qol buraxmır. Qol vurmaq üçün hansısa yol tapmısızmı?
- “Neftçi” çox güclü komandadır. Futbolda hər şey ola bilər. Komanda 4 oyun qol buraxmaya bilər, ancaq bir oyunda çox top buraxa bilər. Çalışacağıq ki, “Neftçi”nin bu seriyasını qıraq.
- “Neftçi”nin lideri olaraq, hansı oyunçunu görürsüz?
- Heç kimi fərqləndirməzdim. 10, 7, 19, 36 nömrəli futbolçuları xüsusi deyərdim. Hər bir oyunçu ayrılıqda yüksək səviyyədədir. Biz gördük ki, Emin Mahmudov zədə almışdı. Ancaq bilmirəm ki, sabah olacaq, ya yox. İnanıram ki, “Neftçi”də onu əvəzləyəcək oyunçu var.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin