Flik: “Yarımmüdafiəmizdən çox razıyam”
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasının “Brest”lə oyunundan (3:0) sonra Pedrinin çıxışını şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı Pedrinin yenidən əla formada olduğunu bildirib:
“Pedri yenidən əla formada idi, o, topla inanılmaz dərəcədə yaxşıdır. Yarımmüdafiəmizdən çox razıyam. Pedri və Kasadonun uğurlarına təəccüblənmirəm, çünki onların hər gün necə məşq etdiklərini görürəm. Onlar çox yaxşıdır”.
Bu yaxınlarda 22 yaşını qeyd edən ispaniyalı futbolçu start heyətində meydana çıxıb və 88-ci dəqiqədə Frenki de Yonqla əvəzlənib.
Pedri cari mövsümdə “Barsa”nın heyətində keçirdiyi 19 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin