“Səbail”in baş məşqçi postuna 2 əsas namizəd var
Son turda “Kəpəz”ə uduzan (0:1) “Səbail”in baş məşqçisi Şahin Diniyev oyundan sonra postunu tərk etdiyini açıqladı. Komanda hazırda baş məşqçisizdir.
Komanda.az-ın əldə etdiyi məlumata görə, “dənizçilər”in baş məşqçi postuna iki əsas namizəd var. Onlardan biri bir müddət əvvəl “Kəpəz”dən ayrılan Adil Şükürov, digəri isə Tərlan Əhmədovdur. Əhmədovun da son komandası elə “Kəpəz” olub.
“Səbail” rəhbərliyi mövsümün ortasında komandanın baş məşqçisiz qalmasını istəmir və artıq namizəd mütəxəssislərlə danışıqlara başlanılıb. Yaxın zamanda komandanın yeni baş məşqçisinin adı ictimaiyyətə açıqlanacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin