Diniyev: “Mən qərar verdimsə, artıq geri addım atmıram”
“Səbail” bu gün Azərbaycan Premyer Liqasının 12-ci turunda “Kəpəz”lə qarşılaşıb.
Komanda.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən matçda 0:1 hesabı ilə məğlub olan paytaxt klubunun baş məşqçisi Şahin Diniyevin oyundan sonra mətbuat konfransı baş tutub. Diniyev bunları bildirib:
“Oyun haqda danışılası heç bir şey yoxdur. Əlimdə olan “material”la nələrsə etməyə çalışdım. Qərarımı vermişəm, mən qərar verdimsə, artıq geri addım atmıram.
Siz jurnalistlərə də çox təşəkkür edirəm ki, gəlirsiz, oyunları işıqlandırırsız. Çox sağ olun. “Səbail” yaxşı komandadır, yaşamalıdır. Görünür, yeniliyə ehtiyac var”.
“Səbail” növbəti turda “Turan Tovuz”u qəbul edəcək.
Fəxri Rüstəmli
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin