Slot heç-heçəyə sevinir

“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasının 9-cu turunun “Arsenal”la oyunundan (2:2) sonra açıqlama verib.

Komanda.az Mersisayd klubunun rəsmi saytına istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı “Arsenal”ın çox güclü və keyfiyyətli komanda olduğunu bildirib:

“Matç ərzində iki dəfə geri dönməyi bacardığımızı görmək xoş oldu. “Arsenal” çox güclü və keyfiyyətli komandadır, ona görə də, yaxşı idi. Eyni zamanda, hesab edirəm ki, fasiləyə kimi 1:2 hesabı ilə uduzmağa layiq idik. Bir xal qazanmağımız daha dəyərlidir. Ehtiyat oyunçular skamyasından meydana çıxan oyunçuların bunda böyük rolu oldu”.

“Liverpul” – “Arsenal” matçı dünən baş tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button