“Neftçi”nin oyunu fransızlara tapşırıldı
UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Bney Yehuda” (İsrail) matçının təyinatları açıqlanıb.
Komanda.az “Neftçi”nin saytına istinadən xəbər verir ki, oyun Fransadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Kərim Abed olacaq. Ona Hiçam Zakrani və Mikael Berçebru kömək edəcəklər. Dördüncü hakim funksiyasını Floran Batta yerinə yetirəcək. UEFA nümayəndəsi İonel Piskanu (Rumıniya), hakim-inspektor isə Kyell Alset (Norveç) olacaq.
8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Bney Yehuda” oyunu avqustun 8-də, saat 21:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin