“Liverpul”un baş məşqçisindən etiraf

“Liverpul”un baş məşqçisi Arne Slot mövsümün əvvəlindən xüsusi bir şey gözləmədiyini bildirib.

Komanda.az xəbər verir ki, klubun rəsmi saytına danışan niderlandlı çalışdırıcı etiraf edib ki, mövsümün əvvəlində bu qədər uğurlu olacaqlarını düşünmürmüş:

“Heç bir xüsusi gözləntim yox idi və tətil zamanı mövsümün müəyyən dövründə nə qədər xal qazanmaq istədiyimi düşünmürdüm. Mən yalnız komandadan mümkün olan ən yaxşı performansı necə əldə edə biləcəyimi düşünürdüm. Mən xalları yox, görüşmək, futbolçularla ünsiyyət qurmaq haqqında düşünürdüm. Bu bir prosesdir və indiyə qədər bunun sayəsində xal qazana bilmişik.

Birinci, 2-ci və ya 10-cu turdan sonra nə qədər xal qazanacağımızla bağlı heç bir gözləntim yox idi. Amma komandanın necə oynaması ilə bağlı gözləntilərim var idi”.

“Liverpul” Premyer Liqanın 8 turundan sonra 21 xalla birinci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button