ÇL: “Leyptsiq”in futbolçularının təzyiqinin öhdəsindən gəldik”
“Liverpul”un baş məşqçisi Arne Slot Çempionlar Liqasının 3-cü turunun “Leyptsiq”lə oyunu haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, daha çoxunu edə biləcəklərini deyib:
“Düşünürəm ki, oyuna yaxşı başlamadıq, amma bundan sonra gördüyüm hər şey xoşuma gəldi. Biz meydanın mərkəzində rəqibdən güclü idik. “Leyptsiq”in futbolçularının təzyiqinin öhdəsindən gəldik, şanslar yaratdıq və sair. Bunun nəticəsi vurulan qol oldu. Təəssüf ki, yalnız bir qol oldu, çünki oyunun sonlarına yaxın problemlər yaşamağa başladıq. Baxmayaraq ki, 70-ci dəqiqədə hər şey həll olunmalı idi. Bununla belə, bu, belə səviyyə üçün normaldır”.
Oyun İngiltərə klubunun 1:0 hesablı qələbəsi ilə nəticələnib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin