Ançelotti İngiltərə millisini çalışdırmaqdan imtina edib

Karlo Ançelotti milli komandaya rəhbərlik etmək təklifi alıb.

Komanda.az “MailSport”-a istinadən xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası Tomas Tuxellə əlaqə saxlamazdan əvvəl Ançelottiyə ölkənin milli komandasını qəbul etməyi təklif edib. İtaliyalı mütəxəssis imtina etmiş kimi görünür, çünkü ingilislər dünən Tuxelin təyinatını elan ediblər.

Almaniyalı çalışdırıcı 2025-ci ilin əvvəlindən işə başlayacaq.

Ançelotti İngiltərə futbolunu yaxşı bilir. “Real”a rəhbərlik edən mütəxəssis bundan əvvəl Premyer Liqada “Çelsi” və “Everton”la çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button