“Milan” “Fiorentina”ya da uduzdu

İtaliya A Seriyasında 7-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə 5 oyun baş tutub.

“Roma” “Montsa” ilə səfərdə, “Yuventus” isə “Kalyari” ilə evdə keçirilən oyundan xal itkisi ilə ayrılıb. “Fiorentina” ilə “Milan” arasındakı qarşılaşma isə florensiyalıların qələbəsiylə yekunlaşıb.

Hazrda 16 xala malik “Napoli” vahid liderdir. “İnter” 14 xalla 2-ci pillədə qərarlaşıb. “Yuventus”, “Latsio” və “Udineze” 13, “Milan” və “Torino” 11, “Atalanta”, “Roma”, “Empoli” və “Fiorentina” 10 xal toplayıblar.

İtaliya A Seriyası
7-ci tur

4 oktyabr

Napoli – Komo 3:1
Qollar
: Maktominey, 1. Lukaku, 53-pen. D.Neres, 86 – Stefessa, 43.

Verona – Venesiya 2:1
Qollar
: Tengstedt, 9. Yoronen, 81-öz qapısına – Oristanio, 3.

5 oktyabr

Udineze – Leççe 1:0
Qol
: Zemura, 75.

Atalanta – Cenoa 5:1
Qollar
: Reteqi, 24; 50; 74. Ederson, 60. De Ron, 80 – Ekhator, 83.

İnter – Torino 3:2
Qollar
: M.Turam, 25; 35; 60 – Sapata, 36. Vlaşiç, 86.

6 oktyabr

Yuventus – Kalyari 1:1
Qollar
: Vlahoviç, 15-pen – Marin, 88-pen.

Bolonya – Parma 0:0

Latsio – Empoli 2:1
Qollar: Zakkayni, 45+4. Pedro, 84 – Espozito, 9.

Montsa – Roma 1:1
Qollar
: Mota, 70 – Dovbik, 61.

Fiorentina – Milan 2:1
Qollar
: Y.Adli, 35. Qudmundsson, 73 – Pulişiç, 60.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button