“Bu, mənim ən yaxşı komandalarımdan biridir” – Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti “kral klubu”nun hazırkı heyətinin səviyyəsini dəyərləndirib.

Komanda.az xəbər verir ki, italiyalı çalışdırıcı mətbuat konfransında bu heyətin fantastik olduğunu bildirib:

“Bu, indiyə qədər çalışdırdığım ən yaxşı heyətdir? Bunu demək çətindir. Zamanla müqayisə etmək çətindir, amma bu oyunçular qrupu fantastikdir, buna heç bir şübhəm yoxdur. Bütün keyfiyyəti toplaya bilsək, bu mövsüm kuboklar uğrunda mübarizə apara biləcəyik. Bu, mənim ən yaxşı komandalarımdan biridir. Amma iki dəfə Çempionlar Liqasının qalibi olduğum “Milan”ı da unuda bilmirəm”.

Bu yay hücumçular Kilian Mbappe və Endrik “Real”a keçib. Hər iki futbolçu UEFA Çempionlar Liqasının “Ştutqart”la keçirilən dünənki matçda (3:1) qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button