“Mançester Siti” təklif etdi, “Barselona” 100 milyon avro istədi
“Barselona” “Mançester Siti”nin hədəfində olan futbolçusu ilə müqavilənin müddətini uzatmağa hazırlaşır.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “şəhərlilər”, Kataloniya klubunun müdafiəçisi Nelson Semedonu heyətinə qatmaq üçün müraciət edib. “Barselona” isə futbolçunun təzminat məbləği olan 100 milyon avronun tam ödənilməsini tələb edib.
Bir müddət əvvəl katalonlar “Atletiko”nun portuqaliyalı futbolçu üçün təklifini rədd etmişdi. “Barselona” Semedo ilə müqavilənin müddətini uzatmaq istədiyini bildirmişdi.
25 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2022-ci ilədək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin