“Araz-Naxçıvan”dan ayrılan futbolçu Hindistan klubunda
Ötən mövsümü Azərbaycan Premyer Liqasında – “Araz-Naxçıvan”da keçirən Mohammed Kadiri özünə yeni komanda tapıb.
Komanda.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Hindistanda çıxış edəcək.
Qanalı futbolçu “Mohammedan”la anlaşıb. Kadiri Hindistan klubu ilə bir illik müqavilə imzalayıb.
Bu klub hazırda birinci liqada liderdir və yüksək liqaya çıxmağa əsas namizəddir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin