“Bayern” ondan qurtulmağa çalışır
“Bayern” yarımmüdafiəçisi Leon Qoretskadan qurtulmağa çalışır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubunun rəhbərliyi almaniyalı futbolçuya təzyiq göstərir və transfer pəncərəsi bitməmiş onu komandadan getməyə məcbur etməyə çalışır.
Qoretskanın yaxınları bildirir ki, o, “Bayern”də qalmaq və start heyətində yer almaq üçün mübarizə aparmaq qərarına gəlib. Futbolçu mövsümün ilk yarısında müntəzəm oyun praktikası qazanmadığı halda, klubdan ayrılmağı yanvarda nəzərdən keçirəcək.
29 yaşlı futbolçunun xidmətində “Arsenal”ın maraqlı olduğu bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin