Reytinq: Azərbaycan Rusiyaya yaxınlaşdı
Növbəti avrokubok oyunları UEFA reytinqinə təsir edib.
Komanda.az xəbər verir ki, “Qarabağ” Çempionlar Liqasının təsnifat mərhələsinin 2-ci mərhələsinin cavab matçında Cəbəllütariq “Linkoln”una qalib gələrək (5:0), daha 0,25 xal toplayıb.
Azərbaycan beş il ərzində ümumilikdə 18.000 xala malikdir və UEFA-nın reytinq siyahısında 24-cü yerdədir.
Rusiya Azərbaycandan irəlidədir (18,299), Slovakiya (17,875) isə geridədir. Azərbaycan mövsümə 16 750 xal ilə başlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin