“Fənərbaxça”da 5 ayrılıq
Türkiyənin “Fənərbaxça” klubu yeni transfer etdiyi kosovolu hücumçu Vedat Muriqinin qarşılığında “Rizəspor”a verdiyi futbolçuların adını açıqlayıb.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi Muriqinin əvəzində 4 gənc futbolçusunu Rizə klubuna göndərib.
Bunlardan Tarık Çetin, Burak Albayrak və Mahsun Çapkan transfer hüququ ilə birgə “Rizəspor”a satılıb. Oğuz Kağan isə 1 illik icarəyə göndərilib.
“Fənərbaxça” bir neçə gün öncə “Ümraniyəspor”dan aldığı Yasir Subaşını da “Kayserispor”a satdığını rəsmən açıqlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin