Azərbaycan millisi beynəlxalq turnirdə 4 medal qazanıb
Savat idman növü üzrə Azərbaycan millisi İtaliyanın Cenova şəhərində keçirilən beynəlxalq turnirdə 4 medal qazanıb.
Komanda.az xəbər verir ki, onlardan 3-ü qızıl, 1-i gümüş medal olub.
Assault və precombat növü üzrə təşkil edilən yarışda Raul Hüseynzadə (30 kq), Məhəmməd Məmmədli (48 kq), Yasin İbrahimov (56 kq) birinci, Nihat Quliyev (60 kq) isə ikinci yeri tutub.
Gənclərdən və kadet idmançılardan ibarət heyət turnirdə yığmanın baş məşqçisi Taleh Nağızadənin rəhbərliyi altında çıxış edib.
Beynəlxalq turnirdən qazanılan ümumi medalların sayına görə ev sahibi İtaliya millisindən sonra Azərbaycan yığması ikinci yeri tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin