“Real”ın hücumçusu Mbappe ilə rəqabətdən qorxmur

“Real”ın hücumçusu Rodriqo PSJ-nin forvardı Kilian Mbappenin kluba gəlməsinə və hücumda yer uğrunda mübarizə aparmaq ehtimalına baxmayaraq, Madrid komandasından ayrılmaq istəmir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted” və “Arsenal” kimi klubların ona maraq göstərməsinə baxmayaraq, başqa komandaya keçmək variantını nəzərdən keçirmir.

Daha əvvəl mətbuatda Mbappenin artıq “Real”la 2029-cu ilə qədər olan müqavilə imzaladığı haqda məlumatlar yayılıb. Fransalı hücumçunun komanda yoldaşlarına və PSJ-nin məşqçilər heyətinə cari mövsümün sonunda klubdan ayrılacağını dediyi bildirilir.

23 yaşlı Rodriqo bu mövsüm bütün turnirlərdə 42 matçda iştirak edib, 15 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button