Gündoğan Türkiyə klubuna keçə bilər

“Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğan karyerasını Türkiyədə davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Qalatasaray” almaniyalı futbolçu ilə maraqlanır. İstanbullular yarımmüdafiəçinin nümayəndələri ilə ilk əlaqələri qurublar.

33 yaşlı futbolçu daha əvvəl Dortmund “Borussiya”sında və “Mançester Siti”də çıxış edib. 2023-cü ilin yayında o, “Barselona”ya keçib. Gündoğan bu mövsüm Kataloniya klubunun heyətində 43 matçda iştirak edib, 5 qol vurub və 10 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button