Emil Balayev Avropa Liqası üçün sifariş olundu
Qazaxıstanın “Tobol” klubu futbol üzrə Avropa Liqasının 1-ci təsnifat mərhələsi üçün sifariş vərəqəsini UEFA-ya təqdim edib.
Komanda.az xəbər verir ki, bu mərhələdə Lüksemburqun “Jeness Eş” klubu ilə qarşılaşacaq Kostanay təmsilçisi bu rəqiblə oyunlar üçün 23 futbolçu sifariş edib.
Siyahıya Azərbaycan millisinin qapıçısı Emil Balayevin də adı salınıb. O, yerli qolkiperlər Sultan Busurmanov və Jasur Narzikulovla rəqabət aparacaq.
Baş məşqçi Vladimir Qazzayev ümumilikdə 9 legionerin xidmətinə ehtiyac duyub.
“Tobol”un Lüksemburq klubu ilə ilk oyunu iyulun 11-i Lüksemburqda baş tutacaq. Cavab oyunu isə ayın 18-də Astanadakı “Astana Arena”da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin