“Qarabağ”ın futbolçusu Avroliqanın rəmzi komandasında
“Sofascore” statistik portalı Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarının rəmzi komandasını açıqlayıb.
Komanda.az xəbər verir ki, rəmzi 11-likdə “Qarabağ”ın da bir futbolçusu yer alıb.
Yarımmüdafiəçi Marko Yankoviç həftənin ən yaxşı 11 futbolçusundan biri seçilib. Onun çıxışı 8,1 xalla qiymətləndirilib.
“Qarabağ” Portuqaliyada 4:2 hesabı ilə qalib gəldiyi “Braqa”ya evdə 2:3 hesabıyla uduzsa da, növbəti mərhələyə yüksəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin