“Barselona” 35 milyona “yox” deyib, 50 milyon istədi
“Mançester Yunayted” “Barselona”nın futbolçusu İvan Rakitiçi transfer etmək niyyətindədir.
Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar” xorvat yarımmüdafiəçi üçün “Barselona”ya 35 milyon avro təklif edib. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
“Barselona”nın bu təklifi rədd etdiyi və “Mançester Yunayted”dən Rakitiç üçün 50 milyon avro istədiyi bildirilir.
Rakitiçlə “Çelsi” və “İnter” də yaxından maraqlanır.
“Barselona” ilə 2021-ci ilə qədər müqaviləsi olan Rakitiç, son mövsümdə 54 qarşılaşmada iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin