Həndbol: “Qarabağ”dan çətin qələbə

Həndbol üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatlarında 6-cı tura start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə 3 oyun keçirilib.

“AHF Arena” İdman Kompleksində təşkil olunan qadınların yarışında mərkəzi qarşılaşma “Qarabağ”la “Kür” arasında oynanılıb. Gərgin keçən matçda ən yaxın izləyicisini çətinliklə üstələyən “Qarabağ” yoluna itkisiz davam edib.

Kişilərin liqasında isə “Bakı” “İdman Akademiyası”nı üstələyərək, liderə yaxınlaşıb.

Bu gün qadınlarda “Gənclər Birliyi” – “Azəryol”, kişilərdə isə “Azəryol” – “Təhsil” və “Qarabağ” – “Dinamo” oyunları keçiriləcək.

Azərbaycan çempionatı, 6-cı tur

Qadınlar
“İdman Akademiyası” – “Bakı” 35:22
“Qarabağ” – “Kür” 29:25
Xal: “Qarabağ” – 12, “Azəryol”, “Kür” – 7, “İdman Akademiyası” – 6, “Bakı” – 2, “Gənclər Birliyi” – 0.

Kişilər
“İdman Akademiyası” – “Bakı” 20:37
Xal: “Kür” – 10, “Bakı” – 8, “Qarabağ” – 6, “Azəryol” – 4, “İdman Akademiyası” – 2, “Təhsil”, “Dinamo” – 0.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button