Klub prezidenti hakimə yumruq atdı
Türkiyə Super Liqasının 15-ci turunun “Ankaragücü” – “Rizəspor” matçından (1:1) sonra meydan sahibi klubun prezidenti Faruk Koca qarşılaşmanın baş hakimi Halil Umut Melere yumruq atıb.
Komanda.az xəbər verir ki, final fiti səslənən kimi meydana çıxan klub rəhbəri hakimin gözünün altını göyərdib.
Buna Kocanın baş hakimin idarəçiliyindən kəskin narazı qalması səbəb olub. Lakin klub rəsmisinin buna görə ağır cəza alması gözlənilir.
Türk hakimlərin Super Liqanın növbəti turunun oyunlarını boykot edəcəyi barədə xəbərlər yayılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin