“Lempard “Çelsi” üçün ən ideal namizəddir” – Terri
“Çelsi” klubu Mauritsio Sarrinin ayrılmasından sonra boş qalan baş məşqçi postuna Frenk Lempardı gətirməyə hazırlaşır.
Komanda.az xəbər verir ki, “zadəganlar”ın keçmiş futbolçusu Con Terri, Lempardın “Çelsi” üçün ən ideal namizəd olduğunu deyib:
“Lempard “Çelsi” üçün ən ideal namizəddir. O, uğur qazanmağa hazırdır. Lempardın “Çelsi”yə qayıtması üçün ən uyğun vaxtdır. O, “Çelsi”də oynadığı vaxtlar da hər zaman təzyiq altında olub və sonda klub tarixinin ən yaxşı oyunçularından birinə çevrilib. Azarkeşlərin də Lempardı dəstəkləyəcəyini bilirəm. Çünki o, “Çelsi”nin əfsanəsidir”.
“Derbi Kaunti” klubunu çalışdıran Lempard “Çelsi” ilə rəsmi danışıqlara başlayıb.
Bir müddət əvvəl Mauritsio Sarri “Çelsi”dən ayrılaraq, “Yuventus”la 3 illik müqavilə imzalayıb.
Bizi Facebook-da izləyin