“Qarabağ” “Bayer”ə penalti qolu ilə uduzdu

UEFA Avropa Liqasının qrup mərhələsində bu gün 4-cü turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, “Qarabağ” da bu gün növbəti matçına çıxıb.

H qrupunda yer alan Ağdam təmsilçisi Almaniyanın “Bayer” komandası ilə üz-üzə gəlib. “Köhlən atlar” ötən tur səfərdə 1:5 hesabı ilə məğlub olduğu Leverkuzen komandasını Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edib.

İtkisiz irəliləyən “Bayer” bu oyuna qədər 9 xalla qrup lideri idisə, “Qarabağ” 6 xalla ikinci idi. Bu oyunda isə Almaniya klubu əlavə vaxtda qazandığı penalti ilə qalib gəlməklə növbəti mərhələyə vəsiqəni təmin edib.

Qrupun digər oyununda “Hakken”lə (İsveç) “Molde” (Norveç) birincilərin meydanında üz-üzə gələcək.

UEFA Avropa Liqası, 4-cü tur
H qrupu

9 noyabr

Qarabağ – Bayer 0:1
Qol: Viktor Bonifase, 90+4-pen.
Baş hakim: Kreyq Pouson (İngiltərə)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Qarabağ: 99. Andrey Lunyov, 6. Julio Romao, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Olavio Juninyo, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 17. Hamidu Keyta, 19. Redon Cica, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Bayer: 17. Matey Kovar, 2. Yosip Stanişiç, 3. Pyero İnkapye, 4. Conatan Ta (k), 8. Robert Andrix, 10. Florian Virts, 19. Natan Tella, 20. Aleksandro Qrimaldo, 21. Amin Adli, 22. Viktor Bonifase, 34. Qranit Caka.
Ehtiyat oyunçular: 1. Lukas Hradetski, 36. Niklas Lomb, 6. Odilon Kossunu, 7. Yonas Hofmann, 18. Noa Mbamba, 23. Adam Hlojek, 30. Ceremi Frimponq, 32. Qustavo Puerta, 47. Ayman Aurir.
Baş məşqçi: Xabi Alonso.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button