“0:6 hesablı məğlubiyyətdən sonra nə deyə bilərik?”
“Seltik”in qapıçısı Co Hart Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Atletiko”ya məğlubiyyətdən (0:6) danışıb.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ingilis qolkiper məyus olduğunu bildirib:
“0:6 hesablı məğlubiyyətdən sonra nə deyə bilərik? Qlazqodakı ilk oyunla müqayisədə tamamilə fərqli matç oldu. Matçın böyük hissəsini on nəfərlə oynadıq. Nəticə bizi məyus etdi”.
“Seltik” 4 turdan sonra 1 xalla turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin