Yeni transferləri “Neftçi” ilə məşqə çıxdı

“Neftçi” Türkiyədəki hazırlıq prosesini davam etdirir.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi təlim-məşq toplanışının 9-cu günündə iki məşqə çıxıb.

Səhər məşqində əsaən fiziki təmrinlər, axşam məşqində isə toplu çalışmalar yerinə yetirilib. Hazırlıq prosesində yeni transferlər – Stiven Jozef-Monroz və Dario Federiko da iştirak ediblər.

İtaliyadan qayıdıb, müalicəni düşərgədə davam etdirən Baqali Dabo və Soni Mustivar isə komandadan ayrı məşğul olublar.

Xatırladaq ki, Topuk yaylası bölgəsində yerləşən “Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelində məskunlaşan “Neftçi” iyunun 20-də baş tutmuş ilk sınaq matçında Rusiyanın “SKA-Xabarovsk” klubuna 3:1 hesabı ilə qalib gəlib. Ayın 25-dəki rəqib hələ ki dəqiqləşməyib. İyunun 30-da Ukraynanın “Vorskla” klubu ilə sonuncu yoxlama oyununa çıxacaq “ağ-qaralar” iyulun 1-də Türkiyə toplanışını başa vuraraq vətənə qayıdacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button