Azərbaycan Premyer Liqasında mövsümün rekordu qeydə alınıb
Azərbaycan Premyer Liqasında mövsümün ikinci dövrəsinin startı məhsuldarlıqla əlamətdar olub.
Komanda.az xəbər verir ki, 10-cu turda ümumilikdə 19 qol vurulub.
Bu isə 2023/2024 mövsümünün rekordudur. Orta məhsuldarlıq 3,8-ə bərabərdir.
Bu turda “Neftçi” “Səbail”i (4:2), “Sabah” “Sumqayıt”ı (3:1), “Araz-Naxçıvan” “Qəbələ”ni (4:1) məğlub edib. “Turan-Tovuz” – “Qarabağ” (2:2) və “Kəpəz” – “Zirə” (0:0) görüşlərində qalib müəyyənləşməyib.
Daha əvvəl ən çox qol 1-ci turda (15 qol) vurulub. Həmin vaxt orta məhsuldarlıq 3-ə bərabər olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin