“Sevilya” yeni baş məşqçi axtarır
“Sevilya” rəhbərliyi Xose Luis Mendilibarı komandanın baş məşqçi vəzifəsindən azad etmək niyyətindədir və hazırda yeni çalışdırıcı axtarışındadır.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, İspaniya klubunun rəhbərliyi Mendilibarın başçılığı altında komandanın göstərdiyi nəticələrdən narazıdır. Klub 62 yaşlı mütəxəssisə uyğun əvəzləyici tapmağı bacarsa, o, millinin oyunlarına görə yaranacaq fasilə zamanı qovula bilər.
“Sevilya” İspaniya La Liqasının 8 turundan sonra 8 xal toplayıb və hazırda turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin