“İndi hər şeyimi “Yuventus” üçün verməliyəm”

“Yuventus”un yeni baş məşqçisi Mauritsio Sarrinin mətbuat konfransı keçirilib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, Sarri, media nümayəndələri ilə görüşdə bunları deyib:

“Hər şeyimi “Napoli”yə verdim. Sonra İngiltərə Premyer Liqasında yaxşı təcrübə qazandım. Hazırda İtaliyanın ən güclü klubu olan “Yuventus” mənə İtaliyaya qayıtmaq şansı verdi. Onlar məni bura gətirməkdə çox israrlı oldular.

İki və ya üç transferə ehtiyacımız var. Kriştiano Ronaldoya yeni rekordlar qazanması üçün kömək etmək istəyirəm. “Napoli”də olanda ancaq “Yuventus”u necə məğlub edə bilərəm” deyə, düşünürdüm, amma onlar məğlubedilməz idilər. Oyunlarda komandamın bütün oyunçuları güclərindən artığını edirdi, ancaq olmurdu.

Bunlar hamısı keçmişdə qaldı. Hər birimiz peşəkarıq. İndi hər şeyimi “Yuventus” üçün verməliyəm”.

“Yuventus” Sarri ilə 3 illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button