“Beşiktaş” yenidən danışıqlara başlayıb – Pepe üçün

“Arsenal” və “Beşiktaş” hazırda cinah hücumçusu Nikolas Pepenin transferi üçün anlaşmaya yaxındır.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, klublar 28 yaşlı futbolçunun transferi üçün yenidən danışıqlar aparır.

Daha əvvəl Pepe Türkiyə klubuna keçməyə razılaşıb və artıq tibbi müayinədən keçib.

Fil Dişi Sahili millisinin üzvü 2019-cu ilin yayında 80 milyon avroya “Lill”dən “Arsenal”a keçib. Onun “topçular”la hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button