“Qalatasaray”ın keçmiş futbolçusu “Sabah”da – Rəsmi
“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, klub bu barədə rəsmi “feysbuk” hesabından paylaşım edib.
Paytaxt təmsilçisi nigeriyalı Cessi Sekidikanı transfer edib. Onunla 2+1 illik müqavilə imzalanıb. Afrikalı futbolçu 70 nömrəli formada çıxış edəcək.
27 yaşlı vinger karyerası ərzində Türkiyədə “Əskişəhərspor”, “Qalatasaray”, “Konyaspor”, “Eyüpspor” və “Ümraniyəspor” klublarının formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin