Salah “Əl-İttihad”a keçməyə razıdır
“Liverpul”un hücumçusu Məhəmməd Salah “Əl-İttihad” keçməyə razılıq verib.
Komanda.az “beIN Sports”-a istinadən xəbər verir ki, klublar transferin məbləği ilə əlaqədar ortaq məxrəcə gəlməlidirlər.
Öncədən ərəblərin misirli forvard üçün 90 milyon avrodan çox pul xərcləməyə hazır olduğu haqda xəbər vermişdik.
Mersisayd klubu “Əl-İttihad”ın Salah üçün təklifini qəbul etsə, onun keçidi Səudiyyə Ərəbistanı liqası tarixində reallaşan ən bahalı transfer olacaq (bonuslar nəzərə alınmayacaq).
Misirli hücumçunun “qırmızılar”la müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin