“Bəxtimiz gətirmədi” – Luis Enrike
PSJ-nin baş məşqçisi Luis Enrike Fransa çempionatının ikinci turunun “Tuluza” ilə qarşılaşmasını (1:1) dəyərləndirib.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, məyus olduqlarını vurğulayıb:
“Məyusam. Qalib gəlməliydik. Məncə, birinci hissədə yaxşı oynadıq. Fasilədən sonra oyuna nəzarəti itirdik və topla zəif oynadıq. Növbəti heç-heçə… İki-üç qol epizodumuz oldu, yararlana bilmədik.
Penaltini düzgün istifadə edə bilmədik. Bəxtimiz də gətirmədi. Hələ mövsümün başlanğıcıdır. Biz işləməyə davam edəcəyik. Komandam hələ də istədiyim idman formasından uzaqdır”.
Paris klubu növbəti turda “Lans”ı qəbul edəcək. Tuluza təmsilçisi isə “Strasburq”la qarşılaşacaq.
Xatırladaq ki, PSJ birinci turun “Loryan”la matçında da (0:0) xal itirmişdi.
Bizi Facebook-da izləyin