Mbappe sadiqlik bonusundan imtina edə bilər

PSJ-nin hücumçusu Kilian Mbappe klubla müqaviləsini yeniləməmək üçün sadiqlik bonusundan imtina edə bilər.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, fransalı forvard Liqa 1 təmsilçisi ilə sözləşməsini yeniləmədən Paris klubunda qalmaq fikrindədir. O, 31 iyul 2023-cü ildən sonra almalı olduğu sadiqlik bonusunu qəbul etməyə bilər. Bu bonusun 1-ci hissəsi 40 milyon avro təşkil edir.

Öncədən 24 yaşlı oyunçunun Paris klubunda qalmaq istədiyi və məşqlərə qoşulduğu barədə xəbər yayılmışdı.

Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. Bu müddətdə o, paytaxt təmsilçisinin heyətində 260 oyuna çıxıb, 212 qol vurub və 98 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button